"Ermənilər Paşinyanı tapsalar, parçalayacaqlar" - Ermənipərəst aparıcıdan ETİRAF


Ermənipərəst rusiyalı aparıcı Vladimir Solovyov nəhayət ki, etiraf etməyi bacardı.

Miq.Az aparıcının efirdə səsləndirdiyi fikirləri təqdim edir:

"Nəticə etibarilə Əliyev Paşinyanı məğlub etdi. Paşinyan 30 il davam edən razılaşmaları yerinə yetirmək əvəzinə, Şuşada rəqs edərək, Azərbaycana qarşı təxribat etdi, andiçmə mərasimi keçirdi. İndi isə Paşinyan öz xalqından gizlənir. Əgər insanlar Paşinyanı tapsaydı, onu parçalayacaqdılar". 

Qeyd edək ki, aparıcı bir müddət öncə "Youtube" kanalı vasitəsilə yayımlanan canlı verilişində Qarabağda gedən hərbi əməliyyatlara toxunaraq, işğalçı Ermənistanın tərəfində olduğunu açıq-aşkar büruzə verib.

Belə ki, o, ermənilərin hərbi komissarlığın önündə toplaşaraq, guya böyük ruh yüksəkliyi və alqışlarla cəbhəyə yollandıqlarını əks etdirən süjet göstərmək istəyib. Lakin efirə Azərbaycanda hərbi komissarlıqlardan birinin önündə çəkilən görüntülər gedib.

Azərbaycan bayrağını görən Solovyov hiddətlənərək, işçilərə "Sizin başınız işləyir? Bu səhv deyil, səhvdən də ağır bir şeydir. Nə etdiyinizi başa düşürsüz?! Sizə sözüm yoxdur"-  deyə bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az