Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin yeni FOTOLARINI yaydı

Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin yeni FOTOLARINI yaydı

Ermənilər rekonstuksiya adı ilə tanınmaz hala saldıqları Şuşa məscidinin yeni fotolarını yayımlayıb.

Modern.az xəbər verir ki, ermənilər işğal altında saxladıqları Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhər Ağa məscidinin rekonstruksiyası adı ilə məscidin görünüşünü tamamilə dəyişiblər.

Onlar oktybarın 14-də açılışını etdikləri məscidi İranın "Part Saman Jahan” memarlıq şirkətinin iştirakı və erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın "İDEA” fondunun maliyyə yardımı ilə tanınmaz hala salıblar.

Xatırladaq ki, Yuxarı Gövhər Ağa məscidi 1883-cü ildə inşa olunub. Məscidin memarı Kərbəlayi Səfi Xan Qarabaği olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az