Ermənilər təşvişdə – dua etməyə başladılar
"İyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Deyilənə görə, Vaşinqtonda müzakirə olunan sənəd əsasında sülh sazişi imzalanacaq. Dünən Paşinyan da deyib ki, "Belə olsa, çox sevinərəm, bu pis xəbər deyil, əksinə, yaxşı xəbərdir”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, ermənilər kilsəyə gedib sülh sazişinin imzalanmaması üçün dua edirlər.
"Nələrin baş verə biləcəyi barədə məlumatı olmayanlar dua edirlər ki, Vaşinqtondan sonra heç bir sənəd imzalanmasın. Çünki bu, yeni dünya müharibəsi ilə nəticələnəcək, ABŞ-Rusiya qarşıdurmasında yeni cəbhə açacaq”,- deyə bildirilib.