Ermənilərdən etiraf: 150 əsgər öldü, 200 əsgər şikəst qaldı

Ermənilərdən etiraf: 150 əsgər öldü, 200 əsgər şikəst qaldı

Aprel ayında Dağlıq Qarabağda yaşanmış "dördgünlük müharibə"nin nəticəsində Ermənistan 150-dən artıq əsgərini itirdi. 200 əsgərimiz isə yaralanıb və onların böyük qismi ömürlük şikəst qalacaq. Sonradan məlum olub ki, həlak olan və yaralanan erməni əsgərlərinin 90 faizi yoxsul ailələrin övladlarıdır. Budur, indi əlimizə Dağlıq Qarabağda bütün ermənilər üçün faciəli olmuş o hadisələrdən dərhal sonra çəkilmiş video keçib.
 
Milli.az-ın məlumatına görə, Ermənistandakı "Sasna çrer" ("Sasun çılğınları") hərəkatının yaydığı bəyanatda belə deyilir.
 
Videoda görünür ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan, erməni terrorizminin ideoloqlarından biri Zori Balayan, habelə generallar və məmurlar rəqs edirlər.

"Onlar yüzlərlə erməni əsgərinin Sərkisyan rejiminə qurban verildiyi yerin yanında rəqs edirlər", - "Sasna çrer"in açıqlamasında deyilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az