Ermənilərin atəşə tutduğu kəndə dəyən zərər müəyyənləşdi - FOTO

Ermənilərin atəşə tutduğu kəndə dəyən zərər müəyyənləşdi - FOTO
Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub.

Miq.az APA-ya istinadən xəbər verir ki, düşmən iyulun 29-30-da bu istiqamətdə fəallaşıb.

Ermənilər təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb. İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər sürəkli olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir.

Qeyd edək ki, Qaralar kəndində 43 evdə 242 nəfər əhali yaşayır. Kəndin erməni postları ilə üzbəüz olan yuxarı hissəsi tez-tez atəşə məruz qalır.








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az