Ermənistan-Azərbaycan sərhədini kim qarışdırır? – Erməni nəşrindən şok iddia

Ermənistan-Azərbaycan sərhədini kim qarışdırır? – Erməni nəşrindən şok iddia

"Azərbaycan Silahlı Qüvvələri iki həftədən çoxdur ki, Ermənistanla sərhəddədir, nəticədə erməni generalları arasında ixtilaf hökm sürür”.

Miq.Az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd” qəzeti yazıb.

Nəşr qeyd edib ki, bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Davtyan arasında münasibətlər ciddi şəkildə pisləşib:

"Baş qərargah rəisi verdiyi qərarların heç birini Arutyunyanla müzakirə etmir, baş naziri də saymayaraq bir çox addım atır”.

Qəzetin yazdığına görə, Baş nazir Nikol Paşinyan da vəziyyətin pisləşdiyi haqda məlumatlandırılıb: "Amma Nikol Paşinyan vəziyyəti düzəltmək üçün heç bir şey etmir”.

Nəşr nazirlikdə "boz kardinal”a çevrilmiş baş qərargah rəisinin birinci müavini Arşak Karapetyanın sözügedən qurumda böyük nüfuz sahibi olduğunu yazıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az