Ermənistan İrandan zərbə PUA-ları alır - General Səfəvi açıqladı

Ermənistan İrandan zərbə PUA-ları alır - General Səfəvi açıqladı

Ermənistan İran istehsalı olan zərbə Pilotsuz Uçuş Aparatlarının (PUA) alınması ilə bağlı rəsmi müraciət edib.

Yenipress.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İran Ali Rəhbərinin baş hərbi köməkçisi, general-mayor Yəhya Rəhim Səfəvi bildirib.

Onun sözlərinə görə, təxminən 22 ölkə İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət edib.

"Hazırda İran pilotsuz təyyarələrinin alınmasına namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir", - deyə Səfəvi vurğulayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az