Ermənistan sərhəddə təxribat törədib

	Ermənistan sərhəddə təxribat törədib
Ötən gün Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qar­şısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.
Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az