Ermənistan tərəfi Bakı 2015 ilk Avropa Oyunlarında iştirak edəcək

Ermənistan tərəfi Bakı 2015 ilk Avropa Oyunlarında iştirak  edəcək

Ermənistan tərəfi Bakı 2015 ilk Avropa Oyunlarında iştirakını təsdiqləyib.

 Trend xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki şənbə günü Bakıda keçirilən mətbuat konfransında deyib.

Hikki bildirib: "Bir neçə həftə əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla birlikdə Ermənistanda oldum. Ermənistanla danışıqlar gərgin keçmədi".

Onun sözlərinə görə, erməni tərəfi, həmçinin yenicə başa çatan Baş Assambleyada iştirak edib: "Ermənistan tərəfini iki nümayəndə təmsil edirdi və mən bu iki gün ərzində onlarla söhbət apardım".

Hikki deyib ki, o, 49 Milli Olimpiya komitəsini birləşdirən qurumu təmsil edir və əlbəttə, 49 ölkənin nümayəndələrinin hamısı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına dəvət ediliblər: "Biz gələn il keçiriləcək Oyunları səbirsizliklə gözləyirik və bilirəm ki, Ermənistan tərəfi 49 iştirakçı ölkədən biri kimi yarışlara qatılacaq".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az