Ermənistan təşvişə düşdü-Azərbaycan ballistik raketlərin...

Ermənistan təşvişə düşdü-Azərbaycan ballistik raketlərin...

Azərbaycan ballistik raketlərin istehsalına hazırlaşır: 6 ölkəylə müzakirə 

EXTRA raketlərinin alınması barədə razılıq əldə edildi

Azərbaycanın uzaqmənzilli raketlər əldə etməsi ilə bağlı bağlı yeni məlumatlar yayılır. Hazırda yer-hava, hava-hava, yer-yer tipli  raketlərin alınması ilə bağlı müzakirələr aparıldığı bildirilir. Bu günlərdə Azərbaycanın Belarusdan 300 km məsafəni vuran ballistik raketlərin alınması barədə razılığa gəlindiyi xəbər verilirdi.   Bu barədə ADEX 2016 II Azərbaycan Beynəlxalq Müdafiə sərgisində iştirak edən Belarusun "Volatavto" şirkətindən açıqlama  verilib.  2016-cı ildə istehsal edilən yeni raket qurğusu ilin sonunadək satışa çıxarılacaq.
Azərbaycan Müdafiə Nazirliyi raket qurğusunun alınması ilə bağlı şirkətlə danışıqlar aparıb və razılıq əldə edib. 

Miq.az Cebhe.info-nun məlumatına istinadın bildirir ki,  Azərbaycan özü yaxın vaxtlarda ballistik raketlərin istehsalı texnologiyasını əldə edə bilər.  Hərbi ekspert Samir Cəlilovun Türkiyənin "Hürriyyet” qəzetinə bu barədə açıqlaması Ermənistan medasının da diqqətini cəlb edib.  Samir Cəlilov  bildirib ki, Pakistan, İsrail, Hindistan, Rusiya, İran və Türkiyə ilə bu məqsədlə hərbi-texniki əməkdaşlıq aparılır. O bildirib ki, sözügedən məsələyə "ADEX-2016” sərgisi çərçivəsində tam aydınlıq gətiriləcək. 

Sərgidə Pakistanın müdafiə naziri Ran Tənvər  Hüseyn, Türkiyənin müdafiə naziri Fikri İşık və Rusiya Hərbi Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Viktor Bondaryov iştirak edirlər. 

"Hürriyet” com Azərbaycanın İsrail istehsalı olan yaxın məsafəli  130 km hədəfi   vuran EXTRA raketlərini alması üçün Türkiyə və Pakistanla  razılığa gəldiyini yazır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az