Ermənistan vətəndaşı Şuşanın Turşsu qəsəbəsində uçuruma yuvarlanıb öldü...-FOTOLAR

Ermənistan vətəndaşı Şuşanın Turşsu qəsəbəsində uçuruma yuvarlanıb öldü...-FOTOLAR
 
Mayın 27-i saat 21:00 radələrində  Rusiya hərbçilərinin nəzarətində olan Laçındakı sərhəd-keçid məntəqəsindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədini pozaraq ərazimizə daxil olan Ermənistan vətəndaşları Gorus-Laçın-Şuşa-Xankəndi yolunun Şuşa rayonunun Turşsu qəsəbəsindən keçən hissəsində avtomobillə uçurumdan dərəyə yuvarlanıb. 
 

Moderator.az xəbər  verir ki, bu haqda qəsbkar ölkə mediası məlumat yayıb.

Hadisə barədə xəbər tutan separatçı-terrorçu rejimin qanunsuz "fövqəladə hallar xidməti”nin  Turşsu qəsəbəsindəki əməkdaşları, eləcə də   Laçın şəhərindəki qanunsuz separatçı "avtomobil müfəttişliyi”nin əməkdaşları olay məkanına gəlib. Qəzaya uğrayan ermənilər dərədən çıxarılıb. Məlum olub ki, "Mersedes” markalı avtomobilin sükanı arxasında maşının sahibi, 60 yaşlı İrəvan sakini Y.M. olub və o, qəza nəticəsində dərhal keçinib. Sərnişinlər: 53 yaşlı  İrəvan sakini A.Q. və 48 yaşlı Əsgəran sakini X.A. müxtəlif dərəcəli xəsarətlərlə  Xankəndindəki xəstəxanaya çatdırılıb.
 

Zəruri sual:
Görəsən, Rusiya sülhməramlı(?) kontingentinə Ermənistan vətəndaşlarının qanunsuz olaraq Azərbaycan ərazisinə niyə buraxılması haqda sual verən olacaqmı?..
 
Sultan Laçın 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az