Ermənistandan müharibəni atəşləyəcək bəyanat - "Azərbaycan sülh istəyirsə..."

Ermənistandan müharibəni atəşləyəcək bəyanat -

Dağlıq Qarabağ danışıqlarının yenidən dalana dirəndiyi bir vaxtda Ermənistan müharibənin başlanmasına zəmin yaradacaq mövqe sərgiləyib.

Miq.Az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "öz müqəddəratını təyin etmə” prinsipinin onlar üçün "qırmızı xətt” olduğunu deyib.

"Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır. Azərbaycan sülh istəyirsə, Qarabağın seçilmiş hakimiyyəti ilə danışıqlara getməlidir. Ermənistan Qarabağ sakinlərini təhlükə altına qoyacaq və "öz müqəddəratını təyin etmə” prinsipini məhdudlaşdıracaq həll variantı ilə razılaşa bilmir”, - deyə bildirib.

Mnatsakanyan yenidən baş nazir Nikol Paşinyanın "Qarabağ danışıqlarda tərəf” olmalıdır tezisini gündəmə gətirib və qeyd edib ki, bu, Ermənistanın əsas şərtidir.

Ermənistanın bu şərti liderlərin sonuncu Vyana görüşündə sıradan çıxarılmışdı, lakin görünür, işğalçı ölkə yenidən danışıqlar prosesini pozmaq niyyətindədir, hərçənd, bu, müharibənin başlanması da demək olacaq./publika.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az