Ermənistandan şəhidimizlə bağlı rəsmi açıqlama
"Azərbaycan ordusunun əsgərinin meyitinin qaytarılması ilə Ermənistan səlahiyyətli orqanları məşğul olur”.
Azərbaycan 24 xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan bildirib:
"Danışıqlar gedir, araşdırma aparılır. Ermənistanın səlahiyyətli orqanları meyitlə bağlı məsələlərlə məşğul olur”.
Xatırladaq ki, dekabrın 29-də Azərbaycan Silahlı Qüvvələri inin əsgəri Çingiz Salman oğlu Qurbanov Ermənistanın Tavuş rayonu ilə sərhəddəki atışmada həlak olub və onun meyiti düşmən əlinə keçib. Ermənilər hələ ki cəsədi qaytarmağı ləngidirlər.
Miq.Az