Ermənistanı yenidən etiraz dalğası bürüdü - VİDEO

Ermənistanı yenidən etiraz dalğası bürüdü - VİDEO
Ermənistandakı həbslər insnaların küçələrə çıxmasına səbəb olub. Aksiyada polislə etirazçılar arasında qarşıdurma olub. 

ANS TV-nin məlumatına görə, Ermənistanı yenə etiraz dalğası bürüyüb. Paytaxt İrəvanda keçirilən aksiyalara Ermənistan hökumətinin ölkədə fəaliyyət göstərən müxalifət nümayəndələrinin kütləvi həbsləri səbəb olub.

Mövcud hakimiyyətin yürütdüyü siyasətdən narazı olanları həbs cəzası ilə susduran Ermənistan hökumətinə, əhali küçələrə çıxaraq etirazlarını bildirirlər.

Ermənistanın "Kavkazskiy Uzel” saytının məlumatına görə, "Yeni Ermənistan” hərəkatının fəalları aksiyanı, polis idarəsinin qarşısında təşkil ediblər.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.

Aksiya iştirakçıları əsasısız həsblərin dayandırılmasını tələb ediblər. Bununla yanaşı hərəkat üzvlərinin fəallarından biri olan Syuzi Qrioqraynın döyülməsinə də etirazlarını bildiriblər.

Miq.az
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az