Ermənistanın İctimai telekanalında Azərbaycan türkcəsində xəbərlər bölməsi yaradıla bilər...
Bu faşist xislətli cahil və bədxahlara anladan gərəkdir ki, belə bir addım əslində bu bədbəxt ölkənin Azərbaycan və Türkiyə ilə sülh əldə etməklə xilası yoluna xidmət edə bilər...
Sosial şəbəkələrin erməni seqmentində Ermənistan İctimai televiziyasının Azərbaycan türkcəsində bir xəbər bölməsi yaratmaq niyyəti barədə qızğın müzakirələr aparılır.
"Bu, Nikolun İlham Əliyevə verdiyi hesabatın informasiya variantıdır".
Moderator.az xəbər verir ki, bu sözləri qəsbkar ölkənin terrorçu eks-prezidenti Serjik Sərkisyanın lideri olduğu müxalif Respublika partiyası sədrinin müavini Armen Aşotyan bəhs edilən məlumatlara toxunarkən çərənləyib.
"2018-ci ilədək belə bir qərarı doğru hesab edərdim. Çünki Ermənistanda hakimiyyət ələ keçirilməzdən əvvəl ölkə Azərbaycana qarşı yalnız döyüş meydanında, diplomatiyada deyil, həm də informasiya sahəsində intensiv bir müharibə aparırdı.
Ancaq indi, Qarabağdakı biabırçı təslimiyyətdən sonra Azərbaycan dilindəki xəbərlər şöbəsinin bir məqsədi ola bilər; məğlub, yalançı sülhsevər, yəni xain təbliğat söhbətləri yayımlamaq” –deyə terrorçu eks-prezidentin müavini bildirib.
P.S. Bu faşist xislətli cahil və bədxahlara anladan gərəkdir ki, dürüst, obyektiv xəbər və təbliğat yayımına yönləndiriləcəyi halda Ermənistan televiziyasında belə bir bölmənin yaradılması əslində bu bədbəxt ölkənin Azərbaycan və Türkiyə ilə sülh əldə etməklə xilası və inkişafı yoluna xidmət edə bilər...
Miq.Az