Ermənistanın itkiləri artır

Ermənistanın itkiləri artır

“Bu ilki itkilərimiz ötən ilkindən xeyli çox olub”.

Vətəninfo.az  Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan deyib. O, hazırda cəbhə xəttində vəziyyətin gərgin olduğunu, qarşı tərəfin açdığı atəşlə itkilərin sayının artdığını dilə gətirib:
 
“Cəbhə xəttində gərgin vəziyyət nəticəsində bu il düşmənin açdığı atəşlə 10 hərbiçimiz həyatını itirib”.
 
Buna baxmayaraq, hərbidə aparılan islahatlardan danışan Ovanisyan əsgərlər arasında cinayət faktının azaldığını söyləyib.
 
Qeyd edək ki, Ovanisyanın açıqladığı bu rəqəm Ermənistana aiddir, erməni ordusunun Qarabağda yerləşən hissələri bura əlavə edilməyib. Belə ki, 2014-cü ilin 6 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı hərbi birləşmələrdə 23 erməni əsgərinin öldürüldüyü Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin Ermənistan Müdafiə Nazirliyinə istinadla açıqladığı hesabatda əksini tapıb. Ölüm hallarının 8-i Ermənistanın, 15-i isə separatçı Dağlıq Qarabağın ərazisində qeydə alınıb (Hazırda Ermənistan ərazisindəki 8 ölüm faktının 10-a qalxdığı barədə Ovanisyanın dediklərini nəzərə alsaq, deməli, iki erməni əsgəri son 8 gündə öldürülüb). Ancaq bu rəqəmin gizlədildiyi, reallığı əks etdirmədiyi də vurğulanır. Azərbaycan ordusunun isə 6 ay ərzində itkiləri ümumilikdə 26 nəfər olub ki, bunlardan yalnız 9 nəfəri (6 əsgər döyüş şəraitində şəhid olub, 3 əsgər minaya düşüb) döyüş şəraitinə aiddir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az