Ermənistanın müdafiə nazirinin arvadı ilə bağlı tükürpədici məlumatlar
Ermənistan müdafiə nazirinin ailəsinin ətrafında qalmaqal güclənməkdədir
Bir
müddət əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı
Ruzanna Xaçatryanın gizli sevgilisi ilə avto qəza keçirməsi, avto qəza
nəticəsində ölüm hadisəsinin baş verməsi, lakin cinayətin ört-basdır
edilməsi barədə məlumatlar yayılmışdır. Lakin bu yazılar sonradan,
Seyran Ohanyanın xəbəri yayan jurnalistləri baş prokururluğa şikayət
etməsi ilə dayandırıldı.
Vətəninfo.az Avropa.info-ya istinadla xəbər
verir ki, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırma
qrupupu müdafiə nazri Seyran Ohanyan və həyat yoldaşı Ruzanna Xaçatryan
barədə indiyə qədər içtimailəşməyən məlumatlar əldə edib. Belə ki,
müsahibələrinin birində Seyran Ohanyanın həyat yoldaşı Ruzanna
Xaçatryan həyatı ilə bağlı maraqlı faktlar bildirib. Onun sözlərinə
görə, Fransa onun ikinci vətəni hesab olunur. Fransanın ona sevgi və
ailə bəxş etdiyini deyən Ruzanna, 48 saylı fransız təmayüllü məktəbdə
təhsil aldığını, tibbi təhsilini fransız tibb elminə borclu olduğunu,
həyat yoldaşı Seyran Ohanyanla 2003-cü ildə Fransa səfirliyində tanış
olduğunu bildirib.
Ermənistan mətbuatında
yayılan xəbərlərə görə isə, Ruzanna Xaçatryan S. Ohanyanın birinci
deyil, ikinci arvadıdır. Onun birinci arvadının , yəni 1985 və 1987-ci
il təvəllüdlü Artur və Qarikin anasının azərbaycanlı olması ehtimal
olunur. Belə ki, S. Ohanyan 1979-1983-cü illər Bakı Ali Hərbi Ümumqoşun
Məktəbində təhsil alıb. Onun Bakıda ailə həyatı qurduğu bildirilir.
1983-cü ildən 1988-ci ilə qədər Almaniyada xidmət edən Ohanyan, 1988-cil
ildə Xanikəndindəki 366-ci alaya bölük komandri vəzifəsinə təyinat
alıb. Lakin, Qarabağ illəri onun həyatında talehsizliklə başlayıb. Belə
ki, adı bugün də mətbuatdan gizlədilən birinci həyat yoldaşı "Yehovanın
şahidləri” təriqətinin "caynağına” keçib. Uzun müddət onu bu təriqətdən
uzaqlaşdırmağa çalışan Ohanyan, buna nail ola bilmir. Sonradan Qarabağ
faktorunun təsiri ilə də münasibətləri daha da pisləşən ailənin sonu
ayrılıqla bitir.
Ruzanna Xaçatryanla tanışlıq
S. Ohanyanın Dağlıq Qarabağın "müdafiə naziri” olarkən baş verib. Belə
ki, 12 il əvvəl (2003) Seyran Ohanyanın dostlarından biri Ruzannanı bir
gecəlik əyləncə üçün S.Ohanyanın yanına gətirib. İş elə gətirib ki,
S.Ohanyan Ruzannaya vurulub. Deyilənə görə, Ruzannanı onun yanına
gətirən Seyranın dostu bugünə kimi onu bağışlamayıb. Onların sevgisini o
vaxt Onkoloji Elmlər Mərkəzinin baş həkimi olmuş Aleksan Aleksanyan və
Qastik "mühafizə edirmiş”. O zaman Ruzanna Qarabağa gəldiyi vaxt
Qastikin evində qalırdı.
Hal-hazırda Aleksanyan
"əməklərinin qarşılığı” olaraq general rütbəsi ilə mükafatlandırılıb.
O, hazırda İşlər idarəsinin rəhbəridir. Qastik isə Müdafiə Nazirliyinin
Satınalmalar üzrə şöbəsinin rəisidir. Onun arvadı nazirliyin aparat
katibinin müavinidir.
Erməni mətbuatında
yayılan, Ruzannanın avto qəza törətməsi hadisəsinə gəlincə, bildirilir
ki, bu hadisə 2002-ci ildə baş verib. Hadisə Gips zavodunun sahibi, iş
adamı Hovik Hayrapetyanla sevgi münasibətində olan Ruzannanın (ləqəbi
"Raykomlu Ruzik”) növbəti görüşlərinin birində baş verib. Həmin görüşdə
Ruzanna avtomobilin sükanı arxasında sürətlə hərəkətdə olarkən Gips
zavodunun qarşısında idarəetməni itirib, nəticədə ailəli və iki uşaq
atası olan Hovik Hayrapetyan qəzada həlak olub. Sonradan qəzanın hansısa
Anna Xaçatryan tərəfindən baş verdiyi söylənsədə hadisə şahidləri bunun
əksini söyləyiblər. Hovik Hayrapetyanın atası Paylak Hayrapetyanın
bildirdiyinə görə, oğlu Ruzanna ilə 2002-ci ildə Dubay Əmirliyində
tanış olub, orada bir müddət sevgi məcaraları yaşayıb, sonra isə
birlikdə İrəvana gəliblər.
Seyran Ohanyanla
Ruzanna Xaçatryan 2003-cü ildə Dağlıq Qarabağda ailə həyatı qurublar.
Onların 2003 və 2006-cı illərdə Muşeq və Laura adında iki övladı dünyaya
gəlib.