Ərzağın qiyməti yenə bahalaşdı — YENİ QİYMƏT CƏDVƏLİ

Ərzağın qiyməti yenə bahalaşdı — YENİ QİYMƏT CƏDVƏLİ
Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır.

Paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur.

Müşahidələrimiz zamanı gördük ki, əksər topdansatış məntəqələrində siqaret, uşaq bezi, çay və digər gündəlik tələbat mallarının satışı ya dayandırılıb, ya da az miqdarda satılır. Ərzağın qiyməti isə durmadan bahalaşır. Çox təəssüf ki, əvvəlki bahalaşmada qiyməti dəyişməyən çörək, un və başqa məhsulların da qiymətində artım müşahidə olunur. 


Topdansatışla məşğul olan sahibkarlar bildiriblər ki, xaricdən gətirilən məhsullarla yanaşı, yerli malların qiymətində də xeyli artım olub. Onlar bunu yerli firmaların məhsulu istehsal edərkən sərf olunan xərclərin dollarla hesablanması ilə əlaqələndiriblər.
 

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.baku.ws


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az