Əsir əsgərimizi döyən ermənilər üçün vəkil axtarılır – Sürpriz isim

Əsir əsgərimizi döyən ermənilər üçün vəkil axtarılır – Sürpriz isim

Ermənistan Baş Prokurorluğu azərbaycanlı hərbçilərə xəsarət yetirilməsi faktı üzrə cinayət işi açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Teleqram kanalları yayıb.

Məlumata görə, azərbaycanlı əsirə xəsarət yetirən iki kənd sakininin qohumları artıq bunun üçün vəkil axtarırlar. Onların bir müddət öncə Azərbaycan bayrağını yandırmağa görə saxlanılan erməni stilist Aram Nikolyanı müdafiə etmiş vəkil Aleksandr Koçubayevə çıxış axtardıqları bildirilib.

Qeyd edək ki, bundan öncə iki azərbaycanlı əsgər azaraq Ermənistan ərazisinə daxil olublar. Daha sonra əsir götürülən hərbçilərə işgəncə verilib, ardınca sərhədi qanunsuz keçmə, eləcə də ölkə ərazisində cinayət törətmək ittihamı irəli sürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az