“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən sərt MESAJ

“Evimizdə törədilən bu hadisənin qisasını alacağıq!” - Xameneidən sərt MESAJ
İran İslam Respublikasının ali rəhbəri ayətullah Xamenei HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehrandakı hücum nəticəsində öldürülməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Xamenei İsmayıl Haniyəni Fələstinin cəsur və görkəmli lideri adlandırıb.

Ali rəhbər İslam ümmətinə, Fələstin müqavimət cəbhəsinə, Fələstin xalqına, Haniyənin ailəsinə başsağlığı verib.

Xamenei daha sonra bu hadisədə İsraili günahlandırıb və sərt mesaj göndərib:

"Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhadətə çatdırmaqla bizi kədərləndirdi, eyni zamanda, özü üçün ağır bir cəza hazırladı...
...İslam Respublikası ərazisində baş vermiş bu ağrılı hadisənin qisasını almağı özümüzə borc bilirik”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az