Evinin ünvanın de - Əli Hacı

Evinin ünvanın de - Əli Hacı


Dolan bulud yağginən

Yağmağa yer tapılar.

Nə tapılmasa...

sənə Yer də bir gor tapılar.

Üzünü qoy torpağa

Can ver gülə,yarpağa.

Suladığın ağacda

Mənə də bar tapılar.

Əlini üz bu başdan

Gül bitirməz bu daşdan.

Uzağı göz yaşımdan

Sənə də yar tapılar.

...

Evinin ünvanın de

Bir parça kağız göndərim.

Özüm gələ bilmirəm

Dərdimi sizə göndərim.

...

Isti yerdə sevişmədik.

Şaxta vurdu sevgimizi.

vaxtimızı yuxu yedi

Yel qurutdu bəxtimizi.

Təzə heç nəyi olmadı

gecəsi,sabahı tanış.

Incil ,zəbur,tövrət,quran

Dünyanın Allahı tanış.

bir yoldayam,yolum

çətin Günümə ağlamır çətrim.

Özüm arxamca atmağa

Durum bir az su gətirim.

...

Gedək gedək yol azmışıq

Yol getmaya biz azmışıq.

Nədan gün çıxan sanmışıq?

Belə günbatan dünyanı!

Necə çıxmışdı qarşına Tüpür,

heç şeya qarışma.

Heç Allaha da danışma

Allah yaradan dünyanı !

 

...

 

Gəlin dostlar küsüm sizdən

Barışmağa yer qalmasın.

Sizə sonsuz sevgi verim

Sizə sonsuz dərd qalmasın!

gün necə gözəl-Dar günü

yaşamazdanyolçu yolamı

çıxaryolları tanımazdan!?

yuxularda yozulan

gün vuran gün üşüyür.

Nağlınıza inanmıram !

Göydən üç alma düşür?

Yerdə dolu bağınızdan.

Kimsəyə pay düşməyir.

 

....

 

Heç oxşaya bilmədim

Solmuşdu sabah-sabah.

Göz yaşımı şeh bilən

Gülümə bax,ay Allah !

Görən bilir bəxtəvər

Ər içində özgə ər.

İçim məni yandırır

Çölümə bax,ay Allah!

Kimdi mənə daş atan

"daş atıb başın tutan

""Can" deyib halın tutan

dilimə bax,ay Allah!

Bu sevgidi yada dərd

iki vurdun elər dörd.

Azında dərd,çoxunda

Zülümə bax,ay Allah !

Əynini göydə bulud

Ağ,qara geydi bulud.

Yağdisa öldü bulud

Ölümə bax,ay Allah !

 

...

 

Üşüyürəm ürəyində yer elə !

at bayıra hər şeyi...

köhnə dərdi,sevgini

məni təzə dərd elə !

 

...

 

Səni sabaha ötürüb

bir axşam çıxıb getsəm

özümü nağıl tək bitirsəm

qalan ömrünə

bir az da oxunmamış qalacağam.

Su əvəzi göz yaşını,

oxşadığın baş daşını,

Ömrün yalqızlığını

verib sənədilində

qarğış qalacağam !

Laldı, girdiyim bu gorkardı, s

öydüyün bu gor.

sənə də tapılar yer

Ört üstüm görən olar !

 

...

Göydəki uçan quşa Y

erdəki-dən dərdidi.

Uzaqdakı qəribə

Yaxın-vətən dərdidi.

Açma yaramı hələ

Vermə yaxamı ələ.

Azar-bezarım elə

Yaxam-bir sən dərdidi..

Göz yaşıyla saç

yuyan Ömür-yoldu dur oyan.

Getmirsənsə gen dayan

Yollar-gedən dərdıdı !.

Sirrındə qalsın Fələk

Bitmək-işdə son demək.

" Olduğu tək görünmək

"Ruhun bədən dərdidi !.

 

...

 

Durum gedim

Döyməyə qapı qalmadı

Ürək açmağa adam.

Bizi sabahlara ötürən

Gedənlər də gəlmədi!

Durum gedim!

Hər gecə səhərin xəstəsi

Könlüm sabahlardan da bezir

Hər gün Gəzdiyim yollarımda

Tənhalığım gəzir.

Gəzdiyim yollarım

Əl üzdüyüm yollarım

Durum gedim!

Buluda bax! İlahi!...

Əlləri göydən üzülüb

Yer də götürə bilmir.

Mən çoxdan ölmüşün

Yanına adamlar yığılıb

Yerdən götürə bilmir,

Durum gedim!

...

Sən və mən

Sən dəniz Mən çay olmuşam,

Gəlib sənə qovuşmağa.

Sən torpaq, Mənsə göy olmuşam,

Bulud-bulud ağlamağa.

Sən sevinc, Mənsə kədər Kimi gəlmişəm,

Qoynunda yer almağa.

Sən olum, Mən ölüm,

Gəlmişəm sən olmağa.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az