Çexiya Avropa Birliyinə qarşı çıxdı
Çexiya hökuməti Avropa Birliyinin qaçqınların qəbulu ilə bağlı məcburi kvotalarına qarşı çıxış edir.
Axar.az Deuç Vell-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Çexiyanın Baş naziri Bohuslav Sobotka verib.
Onun sözlərinə görə, Çexiya lazım gələrsə, hüquqi addımlar atacaq və bu kvota ilə razılaşmayacaq.
Xatırladaq ki, Çexiya 2015-ci ildə AB-nin 120 min qaçqın qəbul edilməsi ilə bağlı verdiyi qərara qarşı çıxan 4 ölkədən (Polşa, Slovakiya, Macarıstan) biridir.
Miq.az