“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunu ərəfəsində açıqlama verib. Musavat.com-un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, baş məşqçi “Qalatasaray”ın “Real”la qarılaşmaya hazır olduğunu bildirib.
“Püşkatmada bəxtimizə qarşısına Çempionlar Liqasının qalibi olmaq vəzifəsinit qoymuş komanda düşdü. “Real”ın heyətində dünyanın ən məşhur futbolçuları var. Bundan başqa, “Real”ın məşqçisi yəqin ki, planetin ən yaxşısıdır. Biz kiminlə qarşı-qarşıya olduğumuzu çox yaxşı bilirik. Amma Çempionlar Liqasında gücümüzü göstərmişik”.
Fatih Terimin fikrincə, nəticədən asılı olmayaraq, “Real”la qarşılaşma böyük oyun olacaq: “Narahat deyilik və özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Əminəm ki, hər iki oyun baxımlı olacaq. “Real” öz meydanında çox effektli oynayır. Madridlilər bu stadionda böyük uğurlara imza atıblar. Onların heyətində dünyanın ən təhlükəli və güclü futbolçularından biri var. Söhbət Kriştianu Ronaldudan gedir”.
Baş məşqçi deyib ki, “Qalatasaray” “Real”a qarşı sürətli oyun oynamaq niyyətindədir. Onun sözlərinə görə, istanbullular təslim olmaq niyyətində deyillər və ölkələrinə yaxşı nəticə ilə qayıtmaq istəyirlər: “Belə oyunlarda hər şey ola bilər. Məğlubiyyət bizi təəccübləndirməyəcək. Lakin qalib gəlsək, deməli, belə də olmalıdır”.
Qeyd edək ki, “Real” - “Qalatasaray” oyunu bu gün keçiriləcək.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat