Fazil Məmmədova əlavə səlahiyyət verildi-MƏHKƏMƏ SƏLAHİYYƏTİ

Fazil Məmmədova əlavə səlahiyyət verildi-MƏHKƏMƏ SƏLAHİYYƏTİ

Vergilər Nazirliyinə MƏHKƏMƏNİN SƏLAHİYYƏTİ verilir

Vergilər Nazirliyinə yeni səlahiyyət verilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudiyyətin götürülməsi barədə vergi orqanları qərar qəbul edəcək.

Hazırda qüvvədə olan maddəyə əsasən isə bu məhdudiyyətin aradan qaldırılması üçün vergi orqanları iki iş günü ərzində məhkəməyə müraciət etməlidir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az