Fəthullah Gülən evlənir?-İddia

Fəthullah Gülən evlənir?-İddia

Türkiyə mediası FETÖ lideri Fətullah Gülənin evlənəcəyi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fuat Uğur iddia irəli sürüb. Onun sözlərinə görə, Gülən Türkiyədə dövlət çevrilişi baş tutduqdan sonra evlənməyi planlaşdırmışdı. Çevriliş cəhdinin uğurlu olacağına əmin olduğu üçün gələcək həyat yoldaşını 6 ay öncədən seçmişdi.

Jurnalist bildirib ki, artıq toy hazırlıqlarına başlanılıb. ABŞ-da prezident seçkiləri istədiyi kimi olarsa, yəni Hillari Klinton seçilərsə, Gülən bu ölkədə, əks təqdirdə sığınacaq üçün müraciət edəcəyi üçüncü ölkədə evlənəcək.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az