FHN-də Uruqvayın nümayəndə heyəti ilə görüş olub

FHN-də Uruqvayın nümayəndə heyəti ilə görüş olub

21 yanvar 2013-cü il tarixində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi cənab Diyeqo Kanepa ilə görüşüb.

Görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermiş və Azərbaycan Respublikası ilə Uruqvay Respublikası arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini bildirib.

Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və hər iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az