Beynəlxalq Futbol Assoasiyaları Federasiyası (FİFA) 2014-cü ilin ən gözəl qol müəlliflərinin üçlüyünü müəyyən edib.
Trend xəbər verir ki, bu barədə təşkilatın “Twitter”dəki rəsmi səhifəsində deyilir.
”Pimaunt Yunayted”in irlandiyalı futbolçusu Stefani Roçe, Kolumbiya yığmasının yarımmüdafiəçisi Hames Rodriges və Hollandiya millisinin hücumçusu Robin van Persi Ferents Puşkaş mükafatına nominantların üçlüyünü təşkil edir. Onların vurduqları qollar FİFA-nın rəsmi saytının ilin ən gözəl qolunun seçiminə həsr edilmiş sorğusunda səslərin əksəriyyətini toplayıb.
Xatırladaq ki, əvvəllər nominantların üçlüyünə yalnız kişilərin vurduqları qollar daxil edilirdi. Beləliklə, ilk dəfə bu üçlüyə müəllifi qadın olan qol düşüb. Mükafatın sahibi 2015-ci il yanvarın 12-də “Qızıl top”un dünyanın ən yaxşı oyunçusuna təqdim olunması mərasimində elan ediləcək.
Macarıstan yığmasının keçmiş hücumçusu Ferents Puşkaşın adına mükafat 2009-cu ildən təsis olunub. Mükafatın laureatı cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir oyunçu ola bilər. Qolların seçim meyarları gözəllik, topun vurulduğu matçın vacibliyi və “Fair Play” qaydalarına əməl olunmasıdır. Həm də qol bəxti gətirmənin və rəqibin səhvinin nəticəsi olmamalıdır. Kriştianu Ronaldu, Hamit Altıntop, Neymar, Miroslav Stox və Zlatan İbrahimoviç bu mükafata layiq görülüblər.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ