Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - ÖZƏL

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - ÖZƏL
Yaxın zamanlarda Azərbaycanın Məhkəmə-Hüquq Şurasının sədri dəyişdiriləcək.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının sədri postundan kənarlaşdırılacaq. Onun yerinə isə Ali Məhkəmənin sədri İnam Kərimov təyin olunacaq.

Bu dəyişiklik isə məhkəmə sistemində islahatlarla əsaslandırılacaq.

Qeyd edək ki, Fikrət Məmmədovun ədliyyə naziri vəzifəsi ilə parelel olaraq Məhkəmə-Hüquq Şurasının sədri postunu tutması məhkəmələrin müstəqilliyi prinsipi ilə ziddiyyət təşkil edib.

Beynəlxalq insan haqları təşkilatları buna görə dəfələrlə hökumətə çağırışlar edib.

Xatırladaq ki, Milli Məclisin qarşıdakı iclasında "Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik ediləcək.

Yeni dəyşikliyə əsasən Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin sayı artırılacaq.

İnam Kərimov da Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunan hakimlərdən biri olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az