1990-cı ildə keçirilən dünya çempionatının finalında vurduğu qolla Almaniyanı çempion edən Andreas Brehme çətin günlər yaşayır
Vətəninfo.az ANS Press-ə istinadən xəbər verir ki, alman futbol veteranının şirkəti iflasa uğrayıb.
Hər şeyini itirən Brehmenin üstəlik 250 min avro borcu da qalıb. Əfsanəvi futbolçu daha bir zərbəni "Unterhaxinq"də rəhbərliyi altında oynamış Olivier Straubedən alıb. Straube İtaliya mətbuatına müsahibəsində "Andreasa şirkətimizdə tualet və hamam təmizliyi işini vermək istəyirik. Bununla da gerçək bir işi və həyatı ola bilər. Bu iş Brehmenin imicini düzəltməsi üçün də yaxşı olacaq", -deyə bildirib.
Almaniya futbolunun başqa bir əfsanəsi, DÇ-1990-da yığmanı çalışdıran Frans Bekkenbauer isə fərqli addım atıb. O, alman xalqını Brehmeyə yardım etməyə çağırıb: "Alman xalqının üzərində ona qarşı məsuliyyət var. İndi Andreasa yardım etmə zamanıdı. O, alman futboluna çox şey verib, bizə dünya çempionluğunu qazandırıb. İndi alman futbolunun onun üçün bir şeylər etmək zamanıdı".
Qeyd edək ki, Andreas Brehme karyerası ərzində "Barmbek-Uhlenhorst", "Saarbrükken", "Kayzerslautern", "Bavariya", "İnter" və "Saraqosa" klublarında çıxış edib. 1984-1994 yığmada komandada 86 oyun keçirib və 8 qol vurub. O, 1990-1994-cü illərdə hazırda yığmamıza başçılıq edən Berti Foqtsun rəhbərliyi altında çıxış edib və 1992-ci ildə Avropa çempionatının finalında oynayıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib