Fransa Azərbaycan səfirini tədbirə dəvət etməyib

Fransa Azərbaycan səfirini tədbirə dəvət etməyib
Fransa Azərbaycan səfirini Qələbə Günü ilə bağlı tədbirə dəvət etməyib. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Minval” yayıb. 

Qeyd edilir ki, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayevaya Parisdə İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvət ünvanlanmayıb. 
Bildirilib ki, digər bütün ölkələrin səfirləri sözügedən tədbirə dəvət edilib. 

Fransanın bu addımı ölkə Prezidenti Emmanuel Makronun komandasının ucuz siyasi gedişi kimi qiymətləndirilir və bu ölkənin artıq tarixi yaddaşa hörmət etmədiyini nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə töhfəsi danılmaz faktdır. Belə ki, yüzminlərlə azərbaycanlı cəbhələrdə döyüşüb, onlarla qəhrəmanımız Fransanın özünün azad edilməsində iştirak edib. Lakin bu gün Parisdə Ermənistanla qucaqlaşmaq və tarixin onlara sərf etməyən səhifələrini silmək dəbdədir. Hətta burada söhbət Avropanı faşizmdən xilas edən insanların şücaətindən getsə belə. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az