"Fransa Ermənistana silah satmır, özünü reklam edir" - Danielyan

"Belə görünür ki, Fransa Ermənistana silah satmır, özünü reklam edir”.

KONKRET.az xəbər verir ki, erməni politoloq Stepan Danielyan belə deyib.

O bildirib ki, silah satışı çox həssas mövzudur və razılaşmalar adətən gizli aparılmalıdır.

"Əslində, bu Ermənistana silah tədarükündən sonra müzakirə olunmalıdır. Eyni zamanda danışıqların Fransanın "Total” şirkətinin Naxçıvana böyük investisiyalar yatırmaq planı ilə paralel getməsi şübhə doğurur. Görünür, Fransa Ermənistana silah satmır, özünü reklam edir”, – deyə Danielyan əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az