Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirdi

Fransa səfiri Azərbaycan-Ermənistan sərhədində gərginliyə münasibət bildirdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə münasibət bildirib.

APA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyir.

"2020-ci ildə tərəflər arasında hər hansı gərginliyin olmayacağına və danışıqların uğurla davam edəcəyinə ümid edirəm. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləməyə davam edəcəyik”, - deyə səfir qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az