"Fransa səfiri özünü səfil kimi aparır" - Komitə sədri

Prezident İlham Əliyevin bir gün öncəki çıxışı Azərbaycanın maraqlarını bütün dünyaya çatdırılması baxımından hər birimiz üçün yol xəritəsidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

"Bu çıxışdan sonra ayrı-ayrı dövlətlər Azərbaycana qarşı öz məkrli siyasətini həyata keçirməyə başlayacaqlar. Diplomatlarımızın burada olmasından istifadə edərək demək istəyirəm ki, onlar bütün ittihamlara sərt cavab verirlər. Sonuncu dəfə Fransa səfirinin çıxışını gördük. Fransa səfiri özünü səfir kimi yox, Hüqonun təbiri ilə desək, səfil kimi aparır”,-o deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az