Fransa XİN rəhbərindən Azərbaycana ağır ittihamlar – Bakıdan cavab

Fransa XİN rəhbərindən Azərbaycana ağır ittihamlar – Bakıdan cavab
"Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair suala cavab olaraq deyib.

Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir.

Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.


"Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”, – o vurğulayıb.

Fransa xarici işlər naziri Ketrin Kolonna deyib ki, Bakı ermənilərin Qarabağdan kütləvi şəkildə köçürülməsinə nail olmaq üçün "boğucu strategiya”dan istifadə edir ki, bu da qanunsuzluq və qeyri-mənəvi addımdır.

 

"Fransa Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülh şəraitinin yaradılmasına kömək etmək üçün səfərbər olur ki, bu da sərhədlərin delimitasiyasına imkan verəcək və "Qarabağ xalqı”nın orada öz hüquqlarına, mədəniyyətinə və tarixinə hörmət şəraitində yaşamasına imkan verəcək. Məqsədi ermənilərin Qarabağdan kütləvi şəkildə köçürülməsinə səbəb olan boğulma strategiyası qanunsuzdur və bunu Beynəlxalq Ədalət Məhkəməsi də təsdiqləyib”, – Kolonna bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az