Fransada erməniləşən azərbaycanlılar – ŞOK!

Fransada erməniləşən azərbaycanlılar – ŞOK!

Fransadan bununla bağlı Vətəninfo.az-a ilginc məktub daxil olub. Məktubu olduğu kimi sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə!

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə!

Baş prokuror Zakir Qaralova!

Daxili işlər naziri Ramil Usubova!

Milli təhlükəsizlik naziri Eldar Mahmudova!

Ədliyyə naziri Fikrət Məmmədova!

Xarici işlər naziri Elmar Məmmədyarova!

Milli Məclisin sədri Oqtay Əsədova!

Millət vəkilləri Zahid Oruca, Qənirə Paşayevaya, Qüdrət Həsənquliyevə, Fazil Mustafaya, İqbal Ağazadəyə, Fəttah Heydərova, Səməd Seyidova, “Vətəninfo.az” saytına və bütün KİV rəhbərlərinə xüsusi müraciət!

Məlumunuz olsun ki, mən Namazov Rahim Tofiq oğlu 2010-cu ilin sentyabr ayından ailəmlə birlikdə Fransada mühacirət həyatı yaşayan jurnalistəm. Bura gəldiyim ilk gündən raslaşdığım bir hadisə məni məyus etdi. Söhbət Avropada, xüsusən də Fransada saxta erməni sənədi ilə yaşayan azərbaycanlılardan və onları bura cürbəcür yollarla gətirən və hal-hazırda burda Zina Tumanyan adı ilə yaşayan Şəki şəhər sakini Hədiyyə Bahadır qızından gedir.

Mən bu barədə 2010-cu ildə Azərbaycan mətbuatına müraciət etdim və mənim bu müraciətim “Yeni Müsavat” qəzetində və bir neçə mətbu orqanda dərc edildi.

Bu məsələni ölkə mediası geniş araşdırmaq əvəzinə, lent.az saytının əməkdaşı Səbuhi Məmmədli Şəkidən olan və burada yaşayan erməni sənədi olanların ailə üzvləri ilə görüşərək onlarla sövdələşmə apardı. Bu barədə reportaj da hazırladı və həmin yazı qərəz və yalandan ibarət idi.

Onun ardınca Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov səhərisi gün mətbuata uydurma bir məlumat verdi. Guya mən və Hədiyyə əvvəllər Şəkidə qonşu olmuşuq və bu ikimiz arasında olan bir ədavətlə bağlıdır.

Ancaq mən sizə müraciət edərək bildirirəm ki, mən Fransaya gələnə kimi nə Hədiyyəni, nə də ki, onun cinayətkat dəstəsinin üzvlərini tanımamışam.

O ki qaldı mənim vaxtilə Hədiyyə Bahadır qızı ilə qonşu olmağıma, bu ağ yalandır. Cünki mən Şəkidə Bağbanlar deyilən ərazidə, Hədiyyə isə “Dağ dibi”ndə yaşayıb və orda hal-hazırda erməni sənədi ilə yaşayan azərbaycanlıların əksəriyyəti onun qohum-qardaşları və qonşularıdır. Hamınızdan xahiş edirəm ki, ilk olaraq aşağıdakı bu məlumatla tanış olasınız.

"Hazırda Fransanın Tuluza şəhərində mühacir həyatı yaşayan Rahim Tofiq oğlu Namazov “Yeni Müsavat”ın redaksiyasına məktubla müraciət edib. Həmyerlimizin məktubunda Şəkidə “Dağ dibi” deyilən ərazidə yaşayan Hədiyyə Bahadır qızı adlı qadının azərbaycanlı ailələri aldadaraq Fransanın Tuluza şəhərinə göndərib erməniləşdirməsi barədə olduqca ilginc məlumatlar yer alıb.

R.Namazov prezidentə, milli təhlükəsizlik, xarici işlər nazirlərinə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edərək, Azərbaycanda Hədiyyə Bahadır qızı, Fransada isə Zina Tumanyan kimi tanınan bu qadın barəsində ölçü götürülməsini xahiş edir. 
Özünün Fransaya mühacirət etməsinə toxunan R.Namazov yazır ki, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetində çalışıb. 2001-ci ildə Qarabağ qazilərinin keçirdiyi aclıq aksiyasında qəzetin əməkdaşı kimi fəal iştirak edib və həbs olunub. 2-ci dəfə R.Namazovu Naxçıvanda hərbi xidmətdə olarkən gündəlik yazdığı üçün həbs ediblər. Həbsdən çıxdıqdan sonra da tale onun üzünə gülməyib; 2010-cu ilin fevral ayında məhkəmə onun barəsində 1 illik icbari iş kəsib. Bundan sonra ailəsi ilə birlikdə ölkəni tərk edərək Fransanın Tuluza şəhərinə mühacirət edib.

Fransanın Tuluza şəhərindəki hoteldə rastlaşdığı bir azərbaycanlı R.Namazova Zina Tumanyanın (Hədiyyə Bahadır qızı) ona və başqa azərbaycanlılara qarşı əməllərindən danışıb: “O, Bakıdan olduğunu, adının İsmayıl, soyadınınsa Mahmudzadə olmasını dedi. Fransaya mühacirət etməsindən danışdı. Dedi ki, Bakıda Əhmədli qəsəbəsində yaşayıb. Həyat yoldaşı Şəkidəndir, əsl adı Nigar Məmməd qızı Sədrəddinovadir. İki azyaşlı uşaqları var. Oğlunun adı Səməd, qızının adı isə Leyladır. Nigarın atası Məmməd Sədrəddinov hazırda Şəkidə ”KapitalBank"da baş mühasib işləyir. İsmayilgilin Tuluzaya gəlməsinə də qayınatası Məmməd vasitəçilik edib. Belə ki, Məmməd əvvəldən bir yerlisi kimi tanıdığı və Şəkidə “Dağ dibi” deyilən məhəllədən olan Hədiyyə Bahadır qızı ilə razılaşaraq, İsmayılın ailəsi ilə birgə Fransaya gəlmə məsələsini həll edib. Hədiyyə bu işə görə Məmməddən 12 min avro alıb. Onlar ölkəni öz sənədləri ilə tərk ediblər. Ən ucuz Avstriya vizası ilə qara yollarla Almaniyaya gəliblər. Almaniyada onları Hədiyyənin qardaşı Sabir qarşılayıb və bir ay Sabirin evində qalıblar. Sonradan Hədiyyə Nigar Mahmudzadənin adını saxta düzəltdiyi “metrika”da Nelli Babayan qoyub və onları qardaşı Sabirin avtomobili ilə özünün yaşadığı Tuluza şəhərinə gətizdirib.

Onlar burada ər azərbaycanlı, arvad isə erməni kimi təslim olublar. İki ildir ki, burdadılar, bu iki il ərzində Fransanın “Ofpr”a adlanan məhkəməsi siyasi sığınacaqla bağlı müraciətlərinə rədd cavabı verib. İkinci instansiya kimi isə Avropa Məhkəməsi bunlara rədd cavabı verib. Onlar öz dosyelərində yazıblar ki, guya Nigarın atası erməni olub və onun “erməni” atasını o vaxt Şəkidə azərbaycanlılar öldürüb. Ona görə də hələ də Fransa dövləti tərəfindən dosyeləri ciddi qəbul olunmayan bu ailə hotellərdə günlərini keçirir. İsmayıl mənə bu şəhərdə xeyli şəkili olduğunu bildirdi və dedi ki, hamısı da Hədiyyə - Zinanın qurbanlarıdır".

R.Namazov məktubunda “Zina Tumanyan”ın eyni ssenari ilə Fransanın Tuluza şəhərinə yollayıb hotellərdə çürüməyə məhkum etdiyi daha 3 ailə barədə məlumat verir: “Vüqar Şamil oğlu Mustafazadə məşhur skripkaçı Kamil Mustafazadənin qardaşıdır. Onun həyat yoldaşı Kifayət, oğlu Vasif və qızı Zəhra də buradadırlar. Ataları Şəkidə məşhur qarmon ifaçısı Şamil kişidir. Vüqar özü bura gələnə kimi Şəkidən Bakıya öz şəxsi maşını ilə müştəri daşıyıb, yaxşı da dolanışığı olub. Vüqarın qayınatası Sabir Şəkidə 8 nömrəli marşrut avtobusunun sürücüsüdür. Vüqar Fransaya qayınatasının vasitəçiliyi ilə gəlib. Belə ki, həmin dediyim o dələduz qadın Hədiyyə ilə Sabir uzaq qohum sayılırlar. Vüqar qayınatası Sabirin vasitəsilə Hədiyyəyə 15 min avro ödəyib. Eyni ilə İsmayıl kimi o bura gəlib çıxıb. Yəni onun kimi əvvəlcə Almaniyaya Hədiyyənin qardaşı Sabirin evinə, oradan isə 1 ay sonra eyni marşrutla Tuluza şəhərinə gətiriliblər. Orada Hədiyyə Vüqarın arvadı Mustafazadə Kifayət Sabir qızına saxta metrika düzəldib. Sənəddə ər azərbaycanlı, arvad isə erməni Asya Sarkisyan kimi göstərilib. Onlara da artıq iki məhkəmənin ikisi də rədd cavabı verib. Hazırda hotellərdə qalırlar. Əlavə iki ailənin ad-familiyası mənə məlumdur. Onların ikisi də dələduz qadın Hədiyyənin Şəkidə qonşularıdır. Bunlardan biri Şəkidə “Dağ dibi”ndə Əfsər kişinin oğlu Orxan və onun arvadıdır. Orxan Azərbaycanda “KamAZ” sürücüsü olub. Hədiyyə onlardan da o biri insanlar kimi pul alaraq eyni saxtakarlıqla Tuluzaya gətirib. Hazırda Orxanın da arvadı erməni adı ilə yaşayır. Azərbaycanlı Hacıbala da eyni marşrut, eyni ssenari ilə bura gəlib".

R.Namazov məktubunda yazır ki, Hədiyyə Bahadır qızını çox adam Şəkidə işgüzar, xeyirxah və insanlara kömək əli uzadan bir adam kimi tanıyır.

"Mən Fransanın Tuluza şəhərində yaşayıram. Burada Hədiyyə Bahadır qızı adlı bir azərbaycanlı Zina Tumanyan adı ilə sənədlərini rəsmiləşdirərək Azərbaycandan Fransaya ailələr gətirməklə məşğuldur. Burada isə gətirilən azərbaycanlılar yerli hökümət dairələrinə erməni kimi təqdim olunur. Guya ki,bu ailələr Azərbaycanın təzyiqi nəticəsində qaçıb gəliblər. İndi sizə bəzi faktları təqdim edəcəm. Fransaya vaxtilə erməni sənədi ilə gələn bir ailə var idi. Şəki şəhərindən Muradov Rövşən Lütvəli oğlu.
Onu bura mənim ifşa etdiyim əslən Şəkidən olan Hədiyyə Bahadır qizi, yəni Fransada Zina Tumanyan kimi tanınan qadın gətirmişdi. Rövşən ailəsi ilə birlikdə əvvəl Almaniyaya Hədiyyənin qardaşı Sabirin evinə yerləşmişdi. Orada Rövşənin arvadına saxta erməni pasportu düzəldərək, Fransaya keçmişdilər. Fransa höküməti onların yalan dosye üzərində gəldiyini bildi və bu ilin aprel ayında Azərbaycana deportasiya etdilər. Bu adamlar indi Şəkidə heç nə olmayıbmış kimi yaşayırlar.
Rövşən Muradov Fransaya gəlməmiş Şəkidə qızıl mağazasının sahibi idi. Ləqəbi isə “altıbarmaq” Rövşəndir. Maraqlıdır, bu cur adamlar Azərbaycanda yaşadıqları halda niyə məsuliyyətə cəlb edilmirlər?
Qeyd edim ki, mən bundan əvvəl göndərdiyim yazılarda da azərbaycanlıları erməni adı ilə Fransaya daşımaqla məşğul olan Hədiyyə Bahadır qızı haqqında yazmışdım. Mən Hədiyyəni ifşa edənə kimi o ildə bir dəfə Azərbaycana gedib-gəlirdi. İndi ifşa olunduğu üçün gedə bilmir.

Mənim bu müsahibələrimdən sonra mənə qarşı təzyiqlər başlandı və yerli hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra bu məsələdə adı çəkilənlərdən biri – Muradov Rövşən Lütvəli oğlu ailəsi ilə birgə Azərbaycana deportasiya olundu. Bu gün isə, yəni 31 yanvar 2013-cü ildə səhər saat 12 radələrində mənə qarşı sui-qəsdə cəhd edildi və Allahın möcüzəsi nəticəsində mən sağ-salamat qaldım.

Görünür ki, mənim ifşa etdiyim həmin şəxslər susmayacağımı və sonadək bunlara qarşı mübarizə aparacağımı yaxşı bilirlər.

Müraciətimin sonunda hüquq-mühafizə orqanları rəhbərlərinə rəsmi olaraq belə bir sual ünvanlayıram: Bir müddət Fransada arvadı saxta erməni sənədi ilə yaşayan və ifşa olunaraq Azərbaycana deportasiya olunan Şəki sakini Muradov Rövşən Lütvəli oğlu necə olur ki, hal-hazırda heçnə olmamış kimi bu gün Şəkidə yaşayır və sizlər ondan niyə soruşmursunuz, sən bir neçə il Fransada necə yaşamısan və necə dönmüsən bu ölkəyə?

Düşünürəm ki, siz Muradov Rövşən Lütvəli oğlunu lazımi formada sorğu-sual etsəniz, mənim dediklərim hamısı onun izahatında öz əksini tapacaq.

Yuxarıda qeyd etdiyim hər bir kəsdən xahiş edirəm ki, mənim bu məlumatlarımı şəxsən araşdırasınız.

Redaksiyadan: Məktubda adları çəkilən və ittiham olunan şəxslərin də məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az