Noyabrın 12-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərgi təşkil edilib. Sərgi Parisdəki Məktublar və Əlyazmalar Muzeyində keçirilib. Sərgidə muzeyin təsisçisi və prezidenti Jerar Leritiye bildirib ki, sərgi Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. O, həmçinin, sərginin onun rəhbərlik etdiyi müəssisədə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini deyib.
Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe isə Nizami Gəncəvi kimi dünyəvi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirib. Şairin beş poemasının toplandığı “Xəmsə” əsərinin dünya ədəbiyyatında “Beş xəzinə” adı altında tanındığını qeyd etməklə yanaşı, dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, San-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını bildirib.
Sərgidə Gəncə şəhərinin qədim və müasir görünüşlərinin, müxtəlif yerlərdə qoyulan büst və heykəllərin, N.Gəncəvinin adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, onun əsərlərindən ibarət illüstrasiyaların təsvir edildiyi xalçalar, şairin yaşadığı dövrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilib.
Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlar paylanıb.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat