Fransanın Ermənistandakı səfirindən Azərbaycana qarşı yeni TƏXRİBAT

Fransanın Ermənistandakı səfirindən Azərbaycana qarşı yeni TƏXRİBAT

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlib.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının məlumatında bildirilib.

"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirib.

Səfirə missiyanın işi barədə məlumat verilib.

"O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın açıqlamasında deyilir.

Qeyd edək ki, Olivye Dekotini bundan əvvəl də Ermənistan-Azərbaycan sərhədinə gələrək, Azərbaycan ərazilərini müşahidə etməklə təxribata əl atıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az