Fransız stürdessalar hicab taxacaqlar

Fransız stürdessalar hicab taxacaqlar
Fransız Milli Hava Yolu şirkəti Air France 2008-ci ildə dayandırdığı Paris-Tehran səfərlərinə beynəlxalq embarqodan sonra bu gün yenidən başlayıb.

Miq.az faktxəbər-ə istinadən bildirir ki, Fransa nəqliyyat naziri Alen Vidalies və Fransanın 15 böyük şirkətinin rəhbəri ilk uçuşda Tehrana gedən sərnişinlər arasında yer alıb.
 
Air-France ilkin olaraq çərşənbə, cümə və bazar günü olmaqla Tehrana uçacaq.
 
Bu arada uçuşların başlamasından əvvəl stüardessaların hicab zəruriliyi ilə bağlı böhran həmkarlar ittifaqları və işəgötürən arasında aparılan müzakirələrdən sonra həll edilib.
 
Air France rəhbərliyi hicab taxmaq istəməyən stüardessalara bu xətdə uçmaq üçün zor tətbiq etməyəcəyinə və əzab verilməyəcəyinə təminatı verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az