Ermənistan ağır borca girməyə hazırlaşır

Ermənistan ağır borca girməyə hazırlaşır

"Aykakan jamanak" qəzeti yazıb ki, Ermənistan hökumətinin növbəti ildə götürəcəyi borcu ictimaiyyətdən gizlədir və sirr kimi saxlamağa çalışır. Amma çox güman ki, borc Rusiyadan alınacaq. Hətta bu məsələ hökumət tərəfindən təqdim edilmiş "2016-2018-ci ildə orta müddətli xərcləri Proqramı"na salınıb.

Bununla 2016-cı ilin əvvəlində Ermənistanın dövlət borcu 1 trilyon. 999 milyon dram (4.2 milyard dollar) təşkil edəcək. Həmin ilin sonunda isə bu göstərici 2 trilyon 431 milyard drama (5.1 milyard dollar) çatacaq. Yaranmış fərq 432 milyard dram olacaq ki, bu da indiki kursla ilə götürüldükdə 909 milyon dollar təşkil edir. 

Qəzet sonda yazır: "Ermənistanın dövlət büdcəsində bu ilin sonunda xarici borc 4,2 milyard dollar müəyyənləşdirilib. Lakin maliyyə nazirinin müavini Atom Janjuqazyan bildirib ki, bu ilin sonunda dövlət borcu 4,9 milyard dollar ətrafında olacaq. Biz bura 909 milyon dolları da əlavə etsək, fantastik rəqəm alınacaq. Beləliklə, hökumət tərəfindən proqnozlaşdırılan dövlət borcu 5,1 milyard dollar deyil, 5,8 milyard dollar təşkil edəcək."

Bir sözlə, Ermənistanı rəsmi fəlakət gözləyir. Ölkədə növbəti ildə dövlət borcu dəfələrlə artacaq, reallıq daha amansız olacaq. Çünki dövlət borcu hökumətin proqnozlaşdırdığından daha sürətli şəkildə artır. Xalq isə meydanlara çıxaraq həyəcan təbili çalır. 

Ermənistanın Milli Statistika Xidmətinin "Ermənistanın sosial siması və kasıblıq” adlı tədqiqatında 2014-cü ildə ölkə əhalisinin 1/4-nin kasıblıq həddində yaşadığı göstərilir. Bu, 2008-ci il göstəricilərindən hədindən artıq çoxdur. Araşdırmanın nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2014-cü ildə 34 faizə qədər yüksəlib. Kasıblıq həddində olan təbəqədə 1,5 faiz, çox kasıb həddində olanlarda isə 1 faiz artım müşahidə edilib. Əhalinin hər üç nəfərindən biri (33 faizi) kasıb sayılır. Onlardan13,5 faizi kasıblıq həddinin altında, 3 faizdən çoxu isə çox kasıb vəziyyətdədir (ANS PRESS).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az