"Gələn il pensiya və əmək haqları artırılacaq" - Nazir


"Gələn ilin dövlət büdcəsində neftdən daxilolmaların hesablanması üçün neftin 1 barrelinin baza qiyməti 40 dollardan götürülüb".

Bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazirin həmçinin 2017-ci il dövlət büdcəsinin əsas prioritetlərini də açıqlayıb: "Şübhəsiz ki, büdcə layihəsi hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər nəzərə alınıb. Azərbaycan qlobal iqtisadiyyatın tərkib hissəsidir və baş verənlər bizə də təsirsiz ötüşmür. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir. Bunu nəzərə alaraq biz xarici şokların ölkə iqtisadiyyatına təsirini azaltmalıyıq və bu istiqamətdə bir sıra addımlar atılıb. Bilirsiniz ki, cari ildə dövlət sektorunda çalışanların əmək haqları artırılıb. Gələn ildə də bu addımların davamlı olması üçün biz büdcədə maliyyə təminatı yaratmalıyıq. Digər tərəfdən cari ildə sosial müavinətlərin, pensiyaların, təqaüdlərin və digər sosial ödənişlərin artımı baş verib. Bu cür artımların gələn ildə də baş verməsi üçün maliyyə təminatı nəzərdə tutulub".(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az