“Gəncliklərində medal, qocalanda da Fəxri Xiyabana düşmək üçün dəridən-qabıqdan çıxırlar...”

“Gəncliklərində medal, qocalanda da Fəxri Xiyabana düşmək üçün dəridən-qabıqdan çıxırlar...”

Bir halda ki, Azərbaycan televiziyalarında onun şeirlərinə böyük ehtiyac var, Yazıçılar Birliyində də yəqin bu haqda düşünərlər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması məsələsinə münasibət bildirərkən deyib. Yazıçı deyib ki, hətta Elza xanımın şeirlərinin müzakirəsiylə bağlı verilişdə də iştirak edib:

"AYB-yə üzv olmaq və üzvlükdən çıxmaq könüllüdür. Ərizə ilə müraciət edəcək, zəmanətlər alacaq, əsərlərini, kitablarını təqdim edəcək, lazım bilsələr, üzvlüyə qəbul edəcəklər. Bir halda ki, Azərbaycan televiziyalarında onun şeirlərinə böyük ehtiyac var, Yazıçılar Birliyində də yəqin bu haqda düşünərlər. Bilirsiniz, Elza xanım bəstəkardır, ifaçıdır, yaxşı mahnıları da var. Həm də dövlət tərəfindən ona əməkdar artist fəxri adı verilib. Mən uzun müddətdir çoxlu dəvətlərə baxmayaraq, televiziya verilişlərinə çıxmırdım. Çünki ömrüm boyu qazandığım hörməti itirməyimdən qorxuram. İki-üç il əvvəl məni bir verilişə dəvət etdilər, dedilər "sizin çıxışlarınıza ehtiyac var, bir ziyalı kimi dəvət edirik..." Mən də cavab verdim ki, "mənə bir də ziyalı desəniz, heç vaxt televiziyalara gəlməyəcəyəm". Soruşdular "niyə?" Bildirdim ki, "ziyalı"dediklərinizin əksəriyyəti gəncliklərində orden-medal arzusu ilə yaşayırlar, qocalanda da Fəxri xiyabana düşmək üçün dəridən-qabıqdan çıxırlar!" Nə isə... 

Məni dəvət edən xanım dedi ki, "Elza Seyidcahanın şairliyini müzakirə edəcəyik, sizin üçün maraqlı olacaq, gəlin." Elza xanımla əvvəllər çox verilişlərdə olmuşduq və o, mənim 2003-cü ildə Heydər Əliyev Sarayında keçirilən "Satira gecəm"də çıxış edib gözəl bir mahnısını oxumuşdu. Onda hələ şeir yazmırdı, özünə şair demirdi.... Borclu qalmayım deyə, verilişə getdim və orada dedim ki, "Elza xanım, siz şair ürəkli bir insansınız, amma şair deyilsiniz..." Elza xanım böyük təəccüblə dilləndi: "Xeyrəddin müəllim, sizdən heç gözləmirdim, mən də o biri böyük şairlər kimi bir şairəm!" O, doğru deyirdi. O, hətta, özünü şair kimi qələmə verib, Nizamini, Füzulini, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni və başqalarını bəyənməyən şairlərə baxanda əməlli-başlı şairdir! Heç olmasa, Elza xanım böyük şairlər haqqında hətərən-pətərən sözlər danışmır!”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az