General Rüstəm Muradovla öpüşən Araik Moskvada ev almaq istəyir...

General Rüstəm Muradovla öpüşən Araik Moskvada ev almaq istəyir...

Xatırladaq ki, dünən Rusiyanın  Qarabağdakı hərbi kontingentinin komandanının da Moskvada olması haqda xəbərlər yayılıb...
 
Yəqin, Kreml Qarabağdakı xidmətlərinə görə Muradova orden, Araikə də ev bağışlayıb...
 
Xəbər verildiyi kimi, dünən səhərdən Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın Moskvada xüsusi səfərdə olması haqda xəbərlər yayılıb. Erməni mediası onun  Rusiya paytaxtına  təcili olaraq çağırıldığını bildirib. Həmin məlumatlara görə, Rusiya xüsusi xidmət orqanları Araikin Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və "onu özünə gətirməyə" çalışacaq...
 
Moderator.az xəbər verir ki, bəzi erməni nəşrləri Qarabağın baş separatçısının Rusiya paytaxtına səfəri ilə bağlı daha bir neçə məqamı ortalığa çıxarıb. Yeni xəbərlərdə 
A.Arutyunyanın xanımının da özü ilə bərabər Moskvada olduğu deyilir. 
 
"Dünən Araik Arutyunyanın "faydalı ilə ləzzətlini birləşdirməyə” qərar verdiyini öyrəndik․ Əldə etdiyimiz məlumata görə, o, Moskvada ev almağa hazırlaşır. A.Arutyunyanın mətbuat katibi Lusine Avanesyan bu haqda sualımıza belə cavab verdi: "Artsax prezidenti barədə belə bir məlumat yoxdur"-  bunu erməni nəşrləri  yazır.
 
Xatırladaq ki, dünən Rusiyanın Azərbaycan torpaqlarındakı hərbi kontingentinin komandanı Rüstəm Muradovun da Moskvada olması haqda xəbərlər yayılıb...

P.P.S. Yadımıza general Rüstəm Muradovun Araiklə öpüşüb-görüşməsi düşdü...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az