General Şuşa əməliyyatından danışdı

General Şuşa əməliyyatından danışdı

Şuşa elə bir yüksəklikdir ki, oradan baxanda ətraf ərazilər, eləcə də Xankəndi ayaqlarımızın altında qalır. Bu səbəbdən də Şuşa qalasının azad edilməsi əməliyyatını hələ çox araşdıracaqlar.

Bu sözləri AzTV-nin efirində yayımlanan "Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

"Azərbaycan ordusu bu çətin vəzifənin öhdəsindən gələ bildi. Məhz Şuşanın işğaldan azad olunmasından sonra prezidentimiz Ulu Öndərin məzarı önündə onun tapşırığını yerinə yetirdiyini dedi. Bu, çox böyük xoşbəxtlikdir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, heç kimin ərazisinə göz dikməyib və tək məqsədi sülh şəraitində yaşamaqdır. Biz buna mütləq nail olacağıq”, - deyə o qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az