Generalın sənədlərinə "MİNA"nı kim(lər) YERLƏŞDİRDİ və...kim "zərərsizləşdirdi"?- (VIDEO)

Generalın sənədlərinə

Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə, işğal olunmuş torpaqlarımızın azad olunmasından ötrü döyüşə atılacaq generallarımız var ki, onlar bu Vətənin həm də hərbi sərvətləridir. Azərbaycanda  müəyyən generallar var ki, bu günün özündə də müharibə eşqiylə yaşayırlar və onlar çiyinlərində gəzdirdkiləri rütbələrdə şəhid haqqının olduğunu 24 saat beyinlərindən çıxarda bilmirlər.  Onlar müharibə generallarıdır, müharibə üçün, vətən üçün qurban doğulublar...Qabil Məmmədov da belə generallarımızdandır.  

Təəssüf hissi ilə qeyd edək ki, Qarabağı azad etmək üçün Ali Baş Komandanın və bütövlükdə Azərbaycanın etimadını doğrulda biləcək generalı seçkiyə belə buraxmırlar, onu hər tərəfdən düşmən kimi vururlar! Və hətta Azərbaycan Silahlı Qüvvələrinin əfsanəvi generalı, sabiq korpus komandiri Qabil Məmmədovun deputatlığa namizədliyinin qeydə alınmaması üçün  73 saylı Lənkəran şəhər Seçki Dairəsi "İP adresi” bəhanə gətirərək sənədləri "minalayıb" saxta sənədlər hazırlayıblar.  Qanunun aliliyini rəhbər tutaraq məhkəməyə müraciət edən general nəhayət ki, "mina"nı  zəzrəzsiləşdirə bilib. 

***
Miq.Az xəbər verir ki, yanvarın 17-də Ali Məhkəmə general Qabil Məmmədovun Apellyasiya Məhkəməsinin qərarından şikayətinə baxıb. Qərar Lənkəran Dairə Seçki Komissiyasının Q.Məmmədovun 9 fevral parlament seçkilərində deputatlığa namizədliyinin qanunsuz olaraq qeydiyyata alınmaması ilə bağlı şikayətinin təmin edilməsində imtina edilməsilə əlaqədar olub.

"Hüquqlarım qeydiyyatdan əsassız imtina edən DSK tərəfindən kobud şəkildə pozulub. Apellyasiya Məhkəməsi isə mənim şikayətimə baxmaqdan imtina edib”, - Q.Məmmədov Turan-a bildirib.

O, Ali Məhkəmənin qərarından məmnun olduğunu bildirib və ümid edir ki, Apellyasiya Məhkəməsində şikayətinə yenidən baxılması obyektiv olacaq.
[video=http:// ]
Xatırladaq ki, DSK-nın  qeydiyyatdan imtina etməsinin səbəbi A.Məmmədovun guya daşınmaz əmlak və mülkiyyət haqda yalnış  məlumat verməsi olub. Lakin o, polis rəisi və Lənkəran Dövlət Reyestri tərəfindən DSK-ya təqdim olunan saxta arayışları təkzib edən sənədlər təqdim edib.

Dairə Seçki Komissiyası onun namizədliyini qeydə almaqdan imtina etməsinə səbəbi  belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.

Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.

Yanvarın 9-da generalın şikayətinə baxan Mərkəzi Seçki Komissiyası bu sübutu qəbul edib. MSK qərara gəlib ki, Qabil Məmmədov həqiqətən də dairə seçki komissiyasına öz əmlakı barədə düzgün məlumat veribmiş.

Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.

P.s Generalın tərcümeyi - halına baxanda, baş verən haqsızlıqlara qarşı təəccüb hissi keçirirsən:  

27.02.1965-ci il tarixində, Lənkəran şəhərində anadan olub. 1972-79-cu illərdə, 1 nömrəli şəhər orta məktəbində oxuyub. 1979-82-ci illər ərzində C. Naxçıvanski adına hərbi liseydə oxuyub və onu bitirdikdən sonra Kiyevdə daxil olduğu Ali Ümumqoşun Komandanlıq Məkəbini 1986-cı ildə bitirib.

 Xidmət keçdiyi qarnizonlar:

- 1986 - 1987 – Orta Asiya Hərbi Dairəsi (Qazaxstan)
- 1987 - 1988 – Əfqanstan Demokratik Respublikası
- 1988 - 1989 – Orta Asiya Hərbi Dairəsi (Tacikistan)
- 1989 – 1992 – Qərb Qoşunlar Qrupu (Almaniya)
- 1992- 1995 – M. Frunze adına Hərbi Akademiyanın dinləyicisi (əyani)
- 1995- 2009 – AR Silahlı Qüvvələri

Ardıcıl olaraq, tağımdan başlayaraq – Ordu korpusuna kimi komandanlıq edib. Moskvada Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra 1 gün də olsun Rus ordusunda qulluq etmədən bir fərari kimi Azərbaycana dönüb. Və bu addımıma görə, ona qarşı hətta cinayət işi də açılıb. AR SQ-də komandanlıq etdiyi bütün hissə və birləşmələr, cəbhə bölgəsində yerləşərək döyüş tapşırıqları yerinə yetirirblər. Generalın özü və tabeçiliyində olanlar, düşmənə qarşı daima amansız olublar (misal üçün şəxsən yaratdığı snayper mübarizəsi). 2004-2006-cı illərdə, AR-ın Qazaxstandakı hərbi attaşesi vəzifəsində çalışıb. Olduğu müddətdə, akkreditə olunmuş hərbi attaşelərin duayeni seçilib. Əldə etdiyi qabaqcıl nəaliyyətlərimə görə 3 hərbi rütbəni növbədənkənar olaraq alıb.
2002-ci ildən general-mayor hərbi rütbəsini daşıyır. Hərbi xidmətlərimə görə orden və medallarla ("Qırmızı Ulduz” və "Azərbaycan Bayrağı” ordenləri kavaleri) təltif olunub. Silahlı Qüvvələr və Müharibə veteranıdır. 2009-cu il tarixindən, öz arzusuyla Ordu sıralarından ehtiyata tərxis olunub.

P.s.s Mövzuya generalın öz təbirincə müraciət edib yekunlaşdırırıq və növbəti məhkəmənin yekunu barədə sizləri də məlumatlandıracağıq: "Əgər bir general hələ də ədalətə nail ola bilməyibsə, onda görün bu oliqarx-məmur şəbəkəsi sıravi vətəndaşların başına hansı oyunları açırlar".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az