Generalın yerinə Vətən Müharibəsi Qəhrəmanı təyin olundu

Generalın yerinə Vətən Müharibəsi Qəhrəmanı təyin olundu

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək vəzifəyə təyin edilib.
Miq.az "Qafqazinfo"ya istinadla bildirir ki, Babək Ələkbərov Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı olub.
O, bu vəzifədə DSX rəisi general-polkovnik Elçin Quliyevin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilmiş general-leytenant Rəsul Tağıyevi əvəzləyib.
Qeyd edək ki, B.Ələkbərov Vətən müharibəsində şücaət göstərən hərbçilərdən biri olub. O, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Müharibədən sonra Prezidentin sərəncamı ilə Babək Ələkbərova Vətən Müharibəsi Qəhrəmanı adı verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az