Güclü külək məktəbin damını uçurdu

Güclü külək məktəbin damını uçurdu
Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub.

Neftçala rayon Fövqəladə Hallar Komissiyasından "Report”un Aran bürosuna verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az