Gülər Əhmədovadan Sevinc Babayevanın oğluna cavab

Gülər Əhmədovadan Sevinc Babayevanın oğluna cavab

“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Mən əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədər. Belə bir vəziyyətdə olan insanı təhdid edib, ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır”. 

Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında sabiq deputat Gülər Əhmədova Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə onun əlinin olması barədə yazdığı məktuba münasibətində söyləyib.

Gülər Əhmədova bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticəsini gözləyir: “Mən dəqiq bilirəm ki, Elşad Abdullayev o uşağı qorxudub. Mən oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyəm var ki, təmkinli olsun”.

Onun sözlərinə görə, bir müddət əvvəl facebook-da onun adından saxta profil yaradılması da bu təxribatın tərkib hissəsidir: “Mənim adımdan səhifə yaradıb, ağılllarına gələni yazmışdılar”.

Sevinc Babayevanın üzərində başqa bir məsələ ilə bağlı cinayət işinin olduğunu deyən sabiq deputat onun Elşad Abdullayevdən bütün dövlət orqanlarına şikayəti olduğunu da dedi: “Elşad Abdullayev onunla bərabər işləyən daha iki qadını müflis etmişdi. Onunla işləyən insanları aldadıb qaçıb getdi. Sevinc Elşaddan ona verdiyi pulları ala bilmirdi. Nəticədə minlərlə valideyin qarşısında bu insanlar qaldı. Məndə Sevinc Babayevanın mesajları var. O bu mesajları Türkiyəyə gedəndən sonra yazıb. Mən həmin mesajları saxlayıram. Müvafiq orqanlara da təqdim edəcəyəm”. 

Sevinc Babayevanı onun ölkədən çıxarması barədə iddialara gəlincə, Gülər Əhmədova bunları dedi: “Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: “Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az