Xəbər verdiyimiz kimi, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə iki dövlət bayramı tarixi səhv qeyd olunub.
Təhsil Nazirliyindən deyiblər ki, buna görə onlar cavabdehlik daşımır.
Bəs onda rüsvayçılığa bərabər bu xətaya cavabdeh kimdir?
Məktəbli kitabçası, yəni gündəliyin üzərində qeyd olunub ki, o, "Şərq-Qərb” nəşriyyatında çap olunub.
Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə də virtualaz.org saytına açıqlamasında bildirib ki, gündəlikdə qeyd olunan detallar nəşriyyatın öhdəsindədir, nazirlik ona nəzarət etmir.
Məsələyə aydınlıq gətirmək üçün "Şərq-Qərb” nəşriyyatı ilə bir neçə dəfə əlaqə saxlasaq da oradan bildirdilər ki, hazırda rəhbərlikdən bununla bağlı danışacaq heç kim yoxdur.
Təhsil eksperti Əjdər Ağayev isə bu fikirdədir ki, buna görə məsuliyyəti nəşriyyat daşıyır: "Bu gün şərait elədir ki, kim hansı rəngdə, hansı formada istəsə gündəlik çap edə bilir. Nəşriyyat gözüyumulu davranmamalıdır. Bəs onun redaktoru, direktoru, korrektoru hara baxır? Heç biri işləmir, amma nəşr üçün pul alırlar”.
Qeyd edək ki, həmin gündəlikdə 9 noyabr - Dövlət Bayrağı günü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
* * *
Orta məktəb gündəliklərində 9 Noyabr - Dövlət Bayrağı günü ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib.
Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.
Təhsil Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik orta məktəb gündəliklərində 9 noyabr - Dövlət Bayrağı günü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi gününün yerlərinin səhv düşməsi ilə bağlı cavabdehlik daşımır.
Nazirlikdən onu da qeyd ediblər ki, bununla əlaqədar olaraq müvafiq araşdırma aparılacaq.

virtualaz.org
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ