"Günəşli"də qaz fontanı alışdı, güclü yanğın başladı-VIDEO


FHN  və SOCAR "Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb. SOCAR-dan yayılan birgə məlumatda bildirilir ki, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

"Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  "Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir”-məlumatda bildirilir.

Xatırladaq ki, platformada qaz fontanı ilə əlaqədar işçilər təxliyə olunub. Xəsarət alan olmayıb. İndi platformada qaz fontanının yanğına keçməsi vəziyyəti ağırlaşdırır və platformanın ciddi ziyan çəkməsi riski var.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az