“Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı” yaradıldı

“Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı” yaradıldı

8 yanvar 2013-ci il tarixində Tiblisi şəhərində “Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı”nın təsis konfransı keçirlib.Konfransda Gürcüstanın ictimai siyasi xadimləri və mətbuat nümayəndələridə iştirak edib.Konfrans saat 10.00 da işə başlamış və saat 14.00 işini başa vurmuşdur.

“Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı”nın təsisçiləri Gürcüstan Respublikasının vətəndaşları:Tamir Süleymanov,Vüqar Məmmədov,Orxan Süleymanov, Tamila Poladishvili,Elgün Bayramov, Dimitri Natsvlishvili,Samir Süleymanoğlu,Rusif Nazarovdur.Konfransda “Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı”təsis edilmiş və Nizamnaməsi qəbul edilmişdir. Həmçinin Nizamnaməyə uyğun olaraq Alyansın ali orqanları seçilmişdir. Tamir Süleymanov Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansının prezidenti, Orxan Süleymanov isə baş katibi seçilib.

Alyansın məqsədi: Gürcüstan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, din,siyasi,sosyal, mədəniyyət, ekoloji maarifləndirmə, sahibkarlıq, idman, mənəviyyat, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması, insanların azadlığı və fərdi inkişafının təmin olunması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakın təmin olunmasıdır.

Gürcüstan İnkişaf və Təhlükəsizlik Alyansı fəaliyyətini Gürcüstan Respublikasının Konstitusiyası, “Qeyri-Hökümət Təşkilatları (ictimai birlik və fondlar) haqqında” Gürcüstan Respublikasının Qanunu və digər qanunvericilik aktları əsasında qurlur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az